Əziz Türkiyə Universitetləri məzunları

Əziz Türkiyə Universitetləri məzunları

Forumun tarixi və ünvanı bəlli oldu.
11.10.2019 - cu il, saat 13:30, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumunun keçirilməsi” adlı layihənin icrasına başlayıb.
Layihənin məqsədi Azərbaycanın yenidən müstəqilliyini bərpasından sonra günümüzə kimi, Türkiyə Universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarının Bakı şəhərində Forum çərçivəsində bir araya gətirmək və panellər vasitəsi ilə Türkiyə təhsilli alimlərin Azərbaycanın təhsil və elm sahəsindəki rolunu, Azərbaycanın inkişafında Türkiyə təhsilli alimlərin yeri və bu istiqamətlərdə gələcək hədəflərini müzakirə etməkdir.
Forumun panellərində çıxış etmək istəyən qardaş Türkiyə Universitetlərindən məzun olan azərbaycanlıların diqqətinə. Forumun panellərində müzakirə olunan mövzular:
1. Türkiyə təhsilli ali­mlərin Azərbaycanın təhsil və elm sahəs­indəki rolu;
2. Azərbaycanın inkişaf­ında Türkiyə təhsil­li alimlərin yeri və bu istiqamətlərdə gələcək hədəfləri;
3. Türkiyə universitetl­ərində təhsil almış azərbaycanlı alimlə­rin Azərbaycan iqtis­adiyyatının inkişaf­ındakı yeri və rolu;
4. Türkiyə universitetl­ərində təhsil almış azərbaycanlıların iki ölkə arasındakı qardaşlıq əlaqələrinə təsir imkanları:
 mövzularına uyğun olaraq panelərdə öz məruzələrini, sərbəst mövzularda qəbul ediləcəktir(5-7 dəqiqə) tumibforum2018@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur. 
Son göndərmə tarixi 01 oktyabr 2019 - ci il.
Məqalələr kitab şəklində çap olunacaqdır.
QEYD: Forumda iştirak etmək istəyən azərbaycanlı Türkiyə Universitetləri məzunları özləri haqqında məlumatları: 
Adı, ata adı, soyadı, bitirdiyi universitetin adını və telfon nömrəsini tumibforum2018@gmail.com göndərmələri xahiş olunur. Son qeydiyyat tarixi 01 oktyabr 2019  - ci il.


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com