TUMİB - Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlıların ll Bakı Forumunu keçirəcək

TUMİB - Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlıların ll Bakı Forumunu keçirəcək

TUMİB - Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlıların ll Bakı Forumunu keçirəcək.

“Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB), Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ““Nəsimi ili” - mədəni irsimizin təbliğində Türkiyə Universitetləri Məzunlarının rolu, II Bakı Forumu” layihəsininin icrasına başlayıb.

Dekabr ayının 6-da Bakı Kongres Mərkəzində baş tutacaq Forumda Türkiyə Universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarını Nəsimi yaradıcılığı və mədəni irsimizin təbliği ilə bağlı bir araya gətirmək, panellər vasitəsilə gələcək hədəfləri müzakirə etmək, eyni zamanda layihə çərçivəsində 27 noyabr Gəncə və 29 noyabr Sumqayıt şəhərlərində yerli gənclərlə görüşlər keçirməkdir.

Forumda Türkiyə universitetləri məzunları ilə yanaşı, Azərbaycanın və Türkiyənin aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, QHT və media təmsilçilərinin, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarının rəsmi şəxslərinin iştirakı gözlənilir.


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com