“Paşinyan Qarabağ problemini həll etmədən Ermənistanda demokratiya formalaşdıra bilməz” – Çingiz Bayramov

“Paşinyan Qarabağ problemini həll etmədən Ermənistanda demokratiya formalaşdıra bilməz” – Çingiz Bayramov

“Ermənistanda parlament seçkiləri keçirilməmişdən əvvəl hər kəsə, eləcə də xarici ekspertlərə bəlli idi ki, Nikol Paşinyan seçkiləri saxtalaşdıracaq. Bunun özü də çox təbii haldır. Çünki Ermənistan dövləti saxtakar ölkə olaraq formalaşdırılıb. Onların nə dövlət, nə də hökumət rəhbərləri heç vaxt xalqa arxalanmayıb, terrorçu qrupların fəaliyyətləri, hədə-qorxularından xalqa qarşı silah kimi istifadə edərək hakimiyyətdə qalmalarını təmin ediblər”.

Bunu hafta.az-a açıqlamasında politoloq Çingiz Bayramov deyib. 9 dekabrda Ermənistandakı seçkiləri şərh edən politoloq deyib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra işğalçı ölkədə bir dəfə də olsun demokratik seçkilər keçirilməyib. Budəfəki seçki isə bir saxtakarın digərini “taxtından” salması ilə nəticələndi: “Artıq Nikol Paşinyan da Ermənistandakı demokratiya buxovu ilə xalqa qarşı müəyyən təzyiqlər etməyə başlayıb. Bir il əvvəl respublikaçıların 75 faiz səslə parlament seçkilərində qalib gəldiyi halda, 12 ay sonra başqa bir qrup eyni faizlə iqtidarı məğlub elədi. Bu heç cür ağlasığan deyil. Çünki xalq seçkiyə gəlmir. Təşəbbüsü ələ alan rejim qrupları seçkini saxtakarlaşdırmağa səy göstərir və nail olur. Onsuz da Sarkisyan hakimiyyətinin də dünyada elə bir məşhurluğu yox idi. Qeyri-qanuni hakimiyyət kimi ad çıxarmışdı. Sarkisyan BMT tribunasında özünü terrorçu kimi qələmə verərək ifşa etmişdi. Xocalı faciəsində əlini azərbaycanlı sivil vətəndaşların, Xocalı sakinlərinin qanına batırdığını söyləmişdi. Birdən-birə küçə hərəkatından baş nazir postuna qədər yürüş edən Paşinyan isə Qərbdən dəstək alsa da, ilk fürsətdə demokratik elementlərin üstünə kölgə saldı və seçkiləri saxtalaşdırdı”.

Politoloqun sözlərinə görə, bu seçkilərdən sonra da Ermənistanda xaos davam edəcək: “Çünki işğalçı ölkədə hələ də seçki mədəniyyəti formalaşmayıb. 1991-ci ildən sonra Ermənistandakı bütün seçkilər Rusiyanın təsiri altında keçirilib. Nəticələr Kremlin xeyrinə saxtakarlaşdırılıb. Yəni, faktiki olaraq Rusiyanın formalaşdırdığı, yetişdirdiyi adamlar hakimiyyətə gəlirdi. Daha dəqiq desək, seçkilər formal mahiyyət daşıyırdı. Fiqurları isə Kreml təyin edirdi. Paşinyan özünü xoş göstərib Avropanın və Amerikanın dəstəyini almağa çalışdı. Amma sonradan Rusiyaya da meyl etmək istədi. Kreml isə Paşinyanın bu ikibaşlı oyunlarını xoş qarşılamadı. Əgər Paşinyan hakimiyyətdə qalmaq istıyirsə və erməni xalqını ağ günə çıxarmaq niyyıtindədirsə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Separatçı qoşunları işğal olunmuş ərazilərdən geri çəkməlidir. O zaman Ermənistanda da demokratik əsaslar bərqərar ola bilər. Budəfəki seçkilərə heç 20 faiz də qatılmadı. Rəsmi nəticələr 50 faiz göstərilsə də, əhalinin başı öz dərdinə, çörəkpulu qazanmağa qarışıb. Nəticədə isə Paşinyan bundan istifadə edərək oyuncaq parlament formalaşdırdı.Bunun nətəcisidir ki, bir sıra Qərb dövlətləri ilə yanaşı, Rusiya prezidenti Putin də Paşinyanı təbrik etməyə tələsmir”.


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com