Goranboyda şəhid olmuş qəhrəmanların tanıdılması ilə bağlı konfrans keçirilib

Goranboyda şəhid olmuş qəhrəmanların tanıdılması ilə bağlı konfrans keçirilib

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi” adlı layihə çərçivəsində Goranboy şəhərində layihənin icrasını davam etdirib.

TUMİB-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Goranboy şəhərində Şəhidlər xiyabanı ziyarət olunub.

Dövlət himninin səslənməsi ilə başlanılan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov rayondan doqquz nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

TUMİB-nin sədri Çingiz Bayramov çıxışında bildirib ki, şəhidlik zirvəsinə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir.

Bildirilib ki, Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib. “Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır”,- deyə Çingiz Bayramov vurğulayıb.

Daha sonra konfransda çıxış edən TUMİB-in üzvləri Müşfiq Əlizadə, Əfqan Vəliyev və digərləri bildiriblər ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com