Dövlət-din münasibətlərinin Azərbaycan modelinin təbliği ilə bağlı növbəti tədbir Gədəbəydə keçirilib

Dövlət-din münasibətlərinin Azərbaycan modelinin təbliği ilə bağlı növbəti tədbir Gədəbəydə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən Gədəbəydəki Aşıq məktəbində “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” mövzusunda tədbir keçirilib.

TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin anılması ilə başlayıb.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev çıxışında bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlərboyu dinlərarası və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. O, gənc nəslin vətənpərvər, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

TUMİB-in sədri Çingiz Bayramov qeyd edib ki, tədbirin məqsədi 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, İslam dəyərlərini, dövlət-din münasibətlərinin Azərbaycan modelini region gəncləri arasında təbliğ etmək, gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir.

Digər çıxış edənlər İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayıb, hazırda Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modelinin bütün dünyaya nümunə təşkil etdiyini bildiriblər.


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com