Dünya Türklərinin Həmrəylik (Dayanışma) Günü qutlu olsun!

Dünya Türklərinin Həmrəylik (Dayanışma) Günü qutlu olsun!

Dünya Azərbaycanlılarının Həmrəyliyi (Dayanışma) Günü sadəcə yer kürəsində yaşayan altmış milyonluq Azərbaycan xalqının deyil, eyni zamanda üç yüz milyonluq Türk Millətinin həmrəyliyi və bayramıdır. Uca Millətimizin övladlarının hansı coğrafiyada yaşamasından asılı olmayaraq Türk Milləti bir-birindən ayrılmayacaq bir candır. Bu şərəfli millətin bu günlərdə daha çox həmrəyliyə ehtiyacı var. İnanıram ki, önümüzdəki yeni ildə Türk Dünyasında birlik və bərabərlik hökm sürəcək, bu birlik yer kürəsinə sülh və əmin-amanlıq gətirəcək. Hər bir insanımızın qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Uca Türk millətinin bir parçası olan Azərbaycan xalqına, qarşıdan gələn bayramları işğaldan azad olunmuş torpaqlarımızda keçirməyi Ulu Tanrıdan diləyirəm!

Hörmətlə,
“Türkiyə Universitetləri Məzunları”
İctimai Birliyinin sədri
Çingiz BAYRAMOV


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com