"Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumu"nun iştirakçılarının ictimaiyətə Müraciəti

Azərbaycan xalqı dünya mədəni xəzinəsinə əvəzsiz incilər bəxş etmişdir. Böyük dühaların hesabına yaranan misilsiz mədəniyyət nümunələri xalqımızın keçdiyi tarixi inkişaf yoluna işıq salmaqla yanaşı, gələcək nəsilləri yeni nailiyyətlərə ruhlandırmışdır. Nəsillər bir-birini əvəzləsə də, bu ənənə davam etmiş, azərbaycanlı elm, mədəniyyət və incəsənət xadimləri yaratdıqları təkrarsız əsərlərlə dünyanın elmi-mədəni tərəqqisinə öz töhfələrini vermişlər.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının qarşısında yeni üfüqlər açmışdır. Bakı Dövlət Universitetinin yaradılması, ali təhsil almaq üçün 100 tələbənin dünyanın müxtəlif ölkələrinə göndərilməsi, təhsil sahəsində həyata keçirilən zəruri islahatlar tarixi ənənənin bərpası istiqamətində atılan mühüm addımlar olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərində hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasətinin nəticəsində bu ənənə yenidən bərpa olunmuş, azərbaycanlı gənclərin ölkəmizin hüdudlarından kənarda təhsil alması prioritet vəzifəyə çevrilmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşması xalqımızın yaxın siyasi tarixinin ən parlaq hadisə olmuşdur. Müstəqilliyin ilk illərindən başlayaraq, gənclərimizin yaxşı təhsil alması dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərimizin xarici ölkələrdə ali təhsil almasına həssas yanaşılmışdır, minlərlə tələbə dövlət hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilmişdir. "Təhsil millətin gələcəyidir',-deyən Ulu Öndər Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində, o cümlədən, qardaş Türkiyədə ali təhsil almasının qeydinə qalmış, bunun üçün zəruri maddi-texniki baza formalaşdırmışdır. Hazırda Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsilimiz yolu keçmişdir. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində yüzlərlə gənc xarici ölkələrdə təhsil aldıqdan sonra vətənə dönərək, ölkəmizin siyasi, iqtisadi, mədəni tərəqqisi üçün səylə çaləşırlar.
Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti ilə seçilir.
Ümummilli məsələlərin həllində gənclər həmişə on sırada dayanır, dövlətimizin və millətimizin maraqlarını layiqincə müdafiə edirlər.
Fəxrlə deyə bilərik ki, xarici ölkələrdə, o cümlədən, qardaş Türkiyə Respublikasında təhsil alan gənclərimiz taleyüklü məsələlərə biganə qalmır, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində əllərindən gələni əsirgəmirlər.
Hazırda həm ölkəmizin hüdudları daxilində, həm də xaricdə təhsil alan gənclərin bu prosesdə aktiv iştirak etməsi təqdirəlayiq haldır.
Əlbəttəki, yaxşı təhsil almış gənclər müstəqil Azərbaycanın sahib olduğu ən qiymətli kapitaldır.
"Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumu"nun başlıca məqsədi də cəmiyyətdə müxtəlif mövqeyə malik olan mzunları bir araya gətirərək, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir.
Əminliklə deyə bilərik ki, Türkiyə Univetsitetlərinin azərbaycanlı məzunlarının fəaliyyəti həmişə olduğu kimi, gələcəkdə də bu ali məqsədin reallaşmasına yönələcək və Ulu Öndərimiz Heydər Əliyevin ideyalarını hər zaman uca tutaraq Türk dünyasına xidmət etmək yolunda daim irəliyəcəklər.
Sonda forum adından Xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn yeni il münasibətlə təbrik edirik.


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com