Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident! Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumunun iştirakçıları adından sizi hörmət və ehtiramla salamlayırıq. Siz əsası 100 il əvvəl qoyulmuş xarici ölkələrdə təhsil ənənəsini uğurla davam etdirir, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində yüksək təhsil almasının qeydinə qalırsınız. Hörmətli Zati-aliləri, Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumunun məqsədi müxtəlif sferalarda vətənimizə layiqincə təmsil edən məzunları bir araya gətirmək, Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının fəaliyyəti həmişə olduğu kimi, gələcəkdə də bu ali məqsədin reallaşmasına yönələcəkdir.
Möhtərəm Cənab Prezident, ən böyük arzumuz Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının növbəti Forumunu Sizin rəhbərliyiniz altında Dağlıq Qarabağda, Xankəndində keçirməkdir. Sizin məqsədyönlü siyasətiniz bu ideyanın reallaşmasına xidmət edir. Hörmətli Cənab Prezident, sonda doğum gününüz münasibətilə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri və Forum iştirakçıları adından Sizi təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi istiqamətində gördüyünüz işlərdə uğurlar arzulayırıq!


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com