TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

Haqqında

10961724_10200184478450182_88235691_n

Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) 2000 – ci ildə Bakı şəhərində sayı 20 nəfərdən çox olan Türkiyə Respublikasının müxtəlif universitetlərində təhsil almış azərbaycanlı məzunları tərəfindən təsis olunub. TUMİB 2000-ci ildə yaransa da, 2003- cü ildə dövləlt qeydiyyatından keçib. TUMİB yarandığı gündən əsas məqsədi Türkiyə Respublikasının ali təhsil müəssisələrini bitirmiş Azərbaycan vətəndaşları arasında əlaqələr yaratmaq və əməkdaşlığın inkişaf etdirilməsinə nail olmaqdır. Bu günə qədər 400 nəfərdən çox Türkiyənin müxtəlif universitetlərində təhsil almış məzunları ətrafına toplayıb. TUMİB yarandığı ildən ənənəvi olaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir habelə Azərbaycanda gənclər arasında milli şüurun, vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan Türkiyə arasında qardaşlıq əlaqələrin\in inkişafı, ölkəmizin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda tanıdılması üçün tədbirlər, konfranslar və dəyirmi masalar keçirirmişdir. Ayrıca TUMİB Türk Respublikalarından və Cəmiyyətlərindən Türkiyə Respublikasınının universitetlərində təhsil almış məzunlarla yaxın əlaqələr saxlayır.

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov