TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

Birliyin sədri

IMG_7724-1

Bayramov Çingiz İbrahim oğlu

Bayramov Çingiz İbrahim oğlu 31 may 1973-cü ildə Tovuz rayonu Aşağı Quşçu  kəndində müəllim ailəsində anadan olub. 1989-cu ildə orta ümumtəhsil, 1991-ci ildə isə Tovuz şəhərində 155 saylı texniki peşə məktəbini bitirib.

1991-1996-cı illərdə Türkiyə Respublikasının İstanbul Universitetinin Siyasi Elmlər Fakultəsini Dövlət İdarəçiliyi ixtisası üzrə bitirib. Tələbəlik illərində İstanbul şəhərində ali təhsil alan azərbaycanlı tələbələrin ilk tələbə təmsilçisi seçilmişdir.

2003-cü ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunda böyuk məsləhətçi, “Azərsu” Səhmdar Cəmiyyətində Baş mütəxəssis və bir özəl şirkətdə baş müşavir vəzifələrində işləyib.

2005-ci ildə 22 saylı Nəsimi rayonu II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

2001-ci ildən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri  və eyni zamanda Azərbaycan Milli QHT Forumunun (MQF) İdarə Heyətinin üzvüdür. İctimai Birlik rəhbəri kimi yüzlərlə yerli və xarici tədbirin, konfransın təşkilatçısı və nümayəndəsi, milli və mənəvi dəyərləri təbliğ edən çoxsaylı layihələrin müəllifi olmuşdur.

Xaricdə təhsil almış tələbələrin hüquqlarının müdafiəsində aktiv iştiraka görə “Müvəkkil Hüquq Mərkəzi”nin diplomu ilə təltif edilmişdir.

Heç bir siyasi partiyanın üzvü deyil.

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov