TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

Bakı Ali Neft Məktəbi “Ernst & Young”la əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi “Ernst & Young”la əməkdaşlığa başlayır
Reklam

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Ernst & Young” (EY) şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və şirkətin İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova ilə görüşüb.

BANM-dən Trend-ə verilən məlumata görə, görüş zamanı rektor qonaqları Ali Məktəbdə görməyə şad olduğunu bildirərək, BANM-ın fəaliyyəti, strukturu, əldə etdiyi nailiyyətlər və yaxın gələcəyə olan planları haqqında məlumat verib. Rektor Günel Fərəcovanın BANM tələbələrinə keçirdiyi “İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf” üzrə seminarın tələbələr arasında böyük maraqla qarşılandığını bildirərək, EY tərəfindən bu və oxşar tipli seminarların təşkil olunmasını böyük qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini istəyib.

Cənab İlqar Vəliyev EY şirkətinə olan diqqət və marağa görə Elmar Qasımova təşəkkür edib, daha sonra EY-ın fəaliyyət istiqamətləri, xüsusilə konsaltinq xidməti haqqında geniş məlumat verib. Şirkətin İdarəedici Partnyoru qeyd edib ki, bu istiqamət üzrə fəaliyyətdə EY həm Ali Məktəbdə səmərəliliyin artırılması üzrə məsləhətlər verə bilər, həmçinin BANM-ın gələcək mühəndis məzunlarını EY şirkətinə işə cəlb etməkdə maraqlı ola bilər.

Görüş zamanı EY tərəfindən BANM üçün davamlılıq və dayanıqlılıq hesabatının hazırlanması, BANM tələbələrinin menecer bacarıqlarının inkişaf etdirilməsi üçün EY şirkətinə təcrübəsinin təşkil olunması, EY tərəfindən karyera və dayanıqlı inkişaf mövzularında təlimlərin keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər görüşün sonunda bir neçə fəaliyyət istiqaməti üzrə qarşılıqlı razılığa gəliblər.

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov