TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

Fransa tərəfindən azərbaycanlı tələbələrə verilən təqaüdlərin sayının artırılması təklif edilib

Fransa tərəfindən azərbaycanlı tələbələrə verilən təqaüdlərin sayının artırılması təklif edilib
Reklam

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə ediblər.

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən nazir E.Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırıb. Bu xüsusda, tələbələrin Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslar, gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiyini əlavə edib.

Nazirlər həmçinin qarşılıqlı olaraq, dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirilib.

Nazirlər Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Birgə Azərbaycan-Fransız Universitetinin təsisini və fəaliyyətini qeyd edbilər.

E.Məmmədyarov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın istiqamətlərdən birinin də Fransa Hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən təqaüd proqramlarının olduğunu vurğulayıb və təqaüdlərin sayının artırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb. Fredrik Vidal 2017-ci ildə Azərbaycana 50 tələbə yeri üçün təqaüdün verildiyini qeyd edibi və ERASMUS Proqramı çərçivəsində tələbə mübadiləsinin uğurla davam etdirildiyini əlavə edib.

E.Məmmədyarovun fransız tələbələrin Azərbaycanda təhsil alması və tədqiqatlar aparması dəvətinə münasibətdə F.Vidal bu təklifin maraqlı ola biləcəyini və bu istiqamətdə Fransa tərəfinin əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə həmçinin Fransanın Strasburq Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq, Fransa arxivlərində Azərbaycan mühacir hökumətinin Fransada fəaliyyətini özündə əks etdirən sənədlərin mövcudluğunu, eyni zamanda Azərbaycan arxivlərində Fransaya aid diplomatik, mədəniyyət və digər sahələrə aid sənədlərin mühafizə edildiyini nəzərə alaraq, arxivlərin qarşılıqlı istifadəsinin genişləndirilməsi məsələsi müzakirə edilib.

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov