TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbiri Bərdədə keçirib

TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbiri Bərdədə keçirib
Reklam

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını davam edib. Konfrans işirakçıları tədbirə ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. 

Azadinform xəbər verir ki, tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, din xadimləri, QHT fəalları, jurnalistlər, tələbə və gənclər iştirak ediblər. Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Əzizov Fəxrəddin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. F. Əzizov bildirib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. “Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb. Ç. Bayramov 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi ili” elan olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. TUMİB sədri bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri bir model olaraq dünya xalqları üçün parlaq nümunə sayıla bilər.  Tədbirdə həmçinin Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov, Gənclər və İdman Nazirliyi Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və başqaları çıxış edərək,

Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildiriblər. Natiqlər qeyd ediblər ki, gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar. “Hazırda Azərbaycanda mövcud olan model digər İslam cəmiyyətləri üçün parlaq nümunədir. Bu nümunəni təbliğ etməyə ehtiyac var”, –  deyə konfransda çıxış edənlər bildirib.

 

 

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov