TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

Çömçəquyruq

Çömçəquyruq
Reklam

 

Çömçǝquyruq nǝdir, yǝqin bilirsiniz. Çömçǝquyruq bǝzi suda-quruda yaşayanların, xüsusǝn dǝ qurbağaların inkişaf prosesinin bir mǝrhǝlǝsindǝ aldıqları addır. Demǝli qurbağa öz yumurtalarını xaricǝ tökür, sonra o yumurtalar böyüyüb qurbağaya çevrilir. Bu böyümǝ prosesindǝ bir mǝrhǝlǝ var ki ona çömçǝquyruq deyirlǝr. Çünki öz quyruqları sǝbǝbindǝn eynǝn çömǝyǝ oxşayırlar. Türklǝr dǝ buna iribaş deyil. Çünki bunlar, Allah uzaq elǝsin raxit uşaqlar kimi yekǝbaş olurlar. İkisi dǝ gözǝl addır.

Keçdiyi hǝr yerdǝ ilbiz kimi iz qoyan Fǝtulla da öz yumurtalarını hara gǝldi, ǝn çox da gözdǝn uzaq yerlǝrǝ, ucqar kǝndlǝrǝ, çölün düzündǝ qalmış qǝsǝbǝlǝrǝ, necǝ deyǝrlǝr Allahın vektor etdiyi yerlǝrǝ bol-bol töküb. Zaman keçir, bu yumurtalardan çömçǝquyruqlar ǝmǝlǝ gǝlir, sonra çömçǝquyruqlar böyüyüb qurbağa olur, başlayır qur-qur quruldayıb zǝhlǝmizi tökmǝyǝ. Fetoşun qurbağalarının necǝ quruldadığını bilmǝyǝn yoxdu yǝqin ki. Bu quruldamağı başqa heç bir heyvanın çıxardığı sǝslǝ dǝyişik salmaq mümkün deyil. Hǝqiqǝtǝn Fetoş qurbağası çox arsızca, çox abırsızca, dayanmadan quruldamaq qabiliyyǝtinǝ malikdir.

Vaxtı gǝlǝndǝ Fetoş şahzadǝsi (prinsessası) bu qurbağaları öpür, onlar da dönüb olurlar şahzadǝ (prins). Əsli yenǝ dǝ qurbağadır, yǝni ki heyvan oğlu heyvandır, o öz yerindǝ.

Amma 15 iyulda ki Türk xalqı bir yerǝ yığılaraq Fetoşun ağzına yekǝ bir şey verdi, Fetoş daha bu qurbağaları öpüb onlardan şahzadǝ düzǝldǝ bilmǝdi. Hǝlǝ öz inkişafının çömçǝquyruqluq mǝrhǝlǝsindǝ olan necǝ “gǝlǝcǝyin şahzadǝlǝri” var idi, onların da ümidlǝri qırıldı. Başa düşdülǝr ki, Fetoş öz iyrǝnc ağzı ilǝ onları öpmǝsǝ, öz imkanları ilǝ uzaq başı qurbağa ola bilǝcǝklǝr. Hansısa bir bataqlıqda qalıb ömürlǝrinin axırına kimi quruldamaqdan başqa ǝllǝrindǝn bir iş gǝlmǝyǝcǝk.

İndi bu çömçǝquyruqlardan bǝzilǝri qurbağa olublar, bǝzilǝri dǝ hǝlǝlik elǝ çömçǝquyruq olaraq qalıblar. Fetoşun öpüşünü hǝsrǝtlǝ gözlǝyirlǝr, öz batalıqlarında çömçǝ quyruqlarını çırpa-çırpa tǝlaşla o tǝrǝf bu tǝrǝfǝ üzürlǝr. Öz raxit başlarını tǝrpǝdǝ tǝrpǝdǝ guya nǝsǝ bir fikir bildirirlǝr. Amma çömçǝquyruqdurlar ki, çömçǝquyruq!

Azad Ağaoğlu

 

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov