TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) B Ə Y A N A T I

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB)  B Ə Y A N A T I
Reklam

2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli  rayonunun Alxanlı kəndinin müki əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc əhali arasında itkilərlə nəticələnib. Atəş nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar.

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb. Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdi ilk vandalizm aktı deyil. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfata və dağıntılara səbəb olan çox sayda cinayətlər törədib. Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsdərləri, o cümlədən beynəlxalq birlik Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Ona görə də cəzasız qalacağına inanan Ermənistan təcavüzkar əməllərini davam etdirərək, təxribatlarına ara vermir. Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Ermənistanın dinc əhaliyə qarşı son vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz misyalarına uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə dəvət edirik. Əks halda, Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı müharibənin təkrar alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB)

 

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov