TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbiri Tovuzda keçirib

TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbiri Tovuzda keçirib
Reklam

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Tovuz rayon İcra Hakimiyyəti ilə birlikdə “İslam həmrəyliyinin təbliğində region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirib.

Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, din xadimləri, QHT fəalları, gənclər və jurnalistlər iştirak ediblər.

Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Rizvan Qəmbərov vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. R.Qəmbərov deyib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.  

“Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb.

Ç. Bayramov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyi üçün tarix boyu dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayıb. Ç. Bayramov həmçinin Azərbaycanın Ulu öndəri Heydər Əliyevin dini icmalara qayğı ilə yanaşdığını xatırladıb. Natiq deyib ki, əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

TUMİB sədri bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri bir model olaraq dünya xalqları üçün parlaq nümunə sayıla bilər. 

Tədbirdə həmçinin Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbənin müdiri  Rasim Tağıyev, Gənclər və İdman Nazirliyi Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Tovuz rayonunun axundu Hacı Nəriman, TUMİB üzvü Seymur Tağıyev və başqaları çıxış edərək, Azərbaycan xalqının qədim tarixə, tolerant ənənələrə malik olduğunu bildiriblər. Natiqlər qeyd ediblər ki, ölkəmizdə hakim olan sağlam mənəvi mühiti qoruyub-saxlamaq və inkişaf elətdirmək hər bir azərbaycanlının borcudur.   

 

 

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov