TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

“Mənim ikinci peşəm” layihəsi çərçivəsində modelyerlik kursu keçirilib

“Mənim ikinci peşəm” layihəsi çərçivəsində modelyerlik kursu keçirilib
Reklam

Dekabrın 27-si Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ikinci peşəm” layihəsi çərçivəsində modelyerlik kursu keçirilib.

 Tədbirin açılışında layihə rəhbəri Afaq Hüseynova gəncləri salamlayaraq bildirib ki, “Mənim ikinci peşəm” layihəsinin əsas məqsədi gənclər arasında incəsənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, istedadlı gənclərin öz bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

Layihə rəhbərinin çıxışından sonra, rəssam-modelyer Sevda Sultanova tərəfindən gənclərə modelyer-dizayner dərsi keçirilmişdir.

Tədbir zamanı iştirakçı gənclərə mövzu ilə bağlı bukletlər paylanmışdır. İştirakçıları maraqlandıran suallar cavablandırılmış və sonda xatirə şəkilləri çəkilmişdir.

1st Image

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov