TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

TUMİB Prezidenti təbrik etdi

TUMİB Prezidenti təbrik etdi
Reklam

Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin üzvləri Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir! Siz Azərbaycana rəhbərlik etdiyiniz 13 il ərzində ölkəmizin beynəlxalq arenada daha yaxından tanınması, milli iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının yaxşılaşması üçün əlinizdən gələni əsirgəməmisiniz. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu daxili və xarici siyasət kursunu yüksək peşəkarlıqla davam etdirməklə Azərbaycanın regionun lider dövlətinə çevrilməsini təmin etmisiniz. Sizin rəhbərlik etdiyiniz siyasi hakimiyyətin müdrikliyi sayəsində bu gün hər bir Azərbaycan vətəndaşı bu ölkədə yaşamaqdan böyük məmnunluq hissi keçirir.

Möhtərəm cənab Prezident,

Siz gənclərə xüsusi qayğı göstərməklə bu təbəqəni cəmiyyətin avanqardına çevirmisiniz. Sizin qayğınız sayəsində minlərlə Azərbaycan gənci dünyanın aparıcı ölkələrində təhsil alaraq, yüksək ixtisaslı mütəxəssis kimi Vətənə qayıdıbdır. Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan gəncliyi Sizin bu siyasətinizi ürəkdən bəyənir və dəstəkləyir. Məhz Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan gənci ölkəmizin hüdudlarını aşaraq, beynəlxalq aləmdə öz layiqli yerini tutubdur. Biz inanırıq ki, Siz bundan sonra da gənclərə lazımi qayğı göstərəcək, bu təbəqənin cəmiyyətin həyatındakı rolunun artırılmasına öz layiqli töhfənizi verəcəksiniz.

Zati-aliləri!

Sizi 55 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, Ulu Tanrıdan uzun ömür və can sağlığı arzulayırıq! Əmin ola bilərsiniz ki, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin yüzlərlə üzvü, o cümlədən xaricdə təhsil almış minlərlə gənc bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq qalacaq, Sizin tərəfinizdən müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində yaxından iştirak edəcəkdir.

Dərin hörmətlə,
Çingiz Bayramov
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov