TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

“Gəncliyini qoru gələcəyin üçün!” adlı layihənin icrası Hacıqabulda davam etdirilib

“Gəncliyini qoru gələcəyin üçün!” adlı layihənin icrası Hacıqabulda davam etdirilib
Reklam

Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihə çərçivəsində növbəti tədbirini Hacıqabulda təşkil edib.

Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmaməddin İmanov gənclərin sağlamlığı ilə bağlı rayonda həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, dövlətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi işlər görülür.

İctimai Birliyin sədri Çingiz Bayramov gənclərin sağlam həyat tərzi keçirməklə, zərərli vərdişlərdən uzaq olmaqla, mütaliə etməklə cəmiyyətin inkişafına layiqli töhfə verə biləcəklərini qeyd edib. Bildirib ki, sağlam həyat tərzinin köməyi ilə insan öz sosial funksiyalarını mükəmməl yerinə yetirir.

Tədbirdə TUMİB üzvü Pərviz Səmədov, TUMİB-in hüquq mərkəzinin əməkdaşı Orxan Vəliyev çıxış edərək narkomaniyanın zərərləri, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərdən qorunma yolları haqqında tövsiyələrini veriblər. Onlar sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacibliyini vurğulayıblar.

Фото Çingiz Bayramov.

Фото Çingiz Bayramov.

Фото Çingiz Bayramov.

Фото Çingiz Bayramov.

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov