TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

TUMİB gənclərə sağlam həyatı təbliğ edir

TUMİB gənclərə sağlam həyatı təbliğ edir
Reklam

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihəyənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına şəhər tam orta məktəbdə keçirib. Şəmkir şəhər Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov gənclərin cəmiyyətin həyatında mühüm rol oynadığını bildirib. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. O, gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb. Layihənin eksperti Seymur Verdizadə bldirib ki, insan iradəsi bütün neqativ meyllərə qalib gəlməyə qadirdir. S.Verdizadə deyib ki, sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur: “Bir insan olaraq, bizim həm dövlətimizin, həm də ailə üzvlərimizin qarşısında öhdəliklərimiz var. Bu öhdəlikləri yerinə yetirmək üçün düzgün həyat tərzi keçirməli, sağlam məntiqə əsaslanan qərarlar qəbul etməliyik. Şəmkir rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turanə Məmmədova vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın faydalı olduğuna diqqət çəkib.

Фото Çingiz Bayramov.

undefined

undefined

undefined

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov