TUMİB-in rəsmi saytına xoş gəldiniz - 19 Fevral 2018, Bazar ertəsi

TUMİB Qobustan şəhərində

TUMİB Qobustan şəhərində
Reklam

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Qobustan rayon İcra Hakimiyyətinin dəstəyilə Qobustan rayon Mədəniyyət evində “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq idealogiyasının təbliği” mövzusunda konfrans keçirib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – Dini qurumlarla işin təşkilatçısı Şikarov Aftandil açıq elan etdi və rayonda aparılan dini maarifçilik tədbirlərindən bəhs edib. A.Şikarov qeyd edib ki, Azərbaycanda ayrı-ayrı etnik qrupların və müxtəlif dinlərin təmsilçilərinin birgəyaşayış modeli dünya üçün parlaq nümunədir.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə konfransın məqsədi barədə məlumat verib. Ç.Bayramov qeyd edib ki, ölkəmizdə gənclər arasında dini radikalizmə qarşı mübarizədə ən böyük maarifləndirmə azərbaycançılıq ideologiyasının təbliğidir. Sonra o, dinin cəmiyyətin həyatında önəmli faktor olduğunu qeyd edib. Natiq, gəncləri dini radikalizmə qarşı maariflənməyə çağıraraq Azərbaycandakı milli və dini tolerantlıq mühitindən bəhs edib. TUMİB-in sədri bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərindən danışıb və Qobustanlı gəncləri milli məfkurəmizi daha çox mənimsəməyə çağırıb.
Konfransda TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə, Qobustan şəhər “Heydər” Məscidi Dini İcmasının sədri Çingiz Babaşov, TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, TUMİB üzvü Orxan Vəliyev, “Qlobal Career İnstitute” baş katibi Anar Həsənov, Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov və Ağasəf Qayıblı adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Mirəli Səlimli çıxış edərək, gəncləri yad və radikal sektaların təsirindən qorumaq cəmiyyətin qarşısında dayanan basilica vəzifə olduğundan bəhs etdilər. Natiqlər çıxışlarında Azərbaycandakı multikulturalizm, azərbaycançılıq və dini dözümlülük siyasəti, müxtəlif din və məzhəb mənsubları arasında qardaşlıq prinsiplərinin dini əsasları haqqında danışıb və ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsinin hər bir azərbaycanlı gənc üçün fəxr mənbəyi olduğunu bildiriblər.

Reklam

Şərhlər

Şərh yoxdur.

Şərh yaz

Tumib.az

Designed by: TUMIB.az

Təsisçi və sədr Çingiz Bayramov